“Oktyabrın 26-da gürcü xalqı Avropa gələcəyi ilə Rusiya keçmişi arasında seçim edəcək” - Salome Zurabişvili
"Bu gün Gürcüstan və onun gələcəyi üçün dönüş nöqtəsidir. Gürcüstan tarixi seçkilərə hazırlaşır. Oktyabrın 26-da gürcü xalqı Avropa gələcəyi ilə Rusiya keçmişi arasında seçim edəcək".
InterPress.ge xəbər verir ki, bunu Gürcüstan prezidenti Salome Zurabişvili Polşa Prezidenti ilə görüşdən sonra mətbuata bildirib.
“Bu, praktiki olaraq referendumdur və mən əminəm ki, Gürcüstan xalqı keçmişdə olduğu kimi (həlledici seçimin edilməli olduğu bütün anlarda) sülh və müstəqil Avropa gələcəyinin xeyrinə öz seçimini edəcək. Bu həyati vacib məqamda Gürcüstan və gürcü xalqının avropalı tərəfdaşlarının dəstəyinə ehtiyacı var: Mənəvi dəstəyə ehtiyac var. Müşahidəçilərin gəlişi seçkilərin azad, ədalətli və ən əsası dinc şəraitdə keçirilməsi üçün lazımdır. Əminəm ki, Gürcüstan əhalisinin seçimi onun Avropa gələcəyinə və bu gün dondurulmuş və dayandırılmış Avropa yoluna qayıdışına yönəldiləcək”, - prezident bildirib.