03 
Okt
2024
21:37
470

"Avropa Şurasının qətnaməsinin dəyəri yoxdur" - Kaxa Kaladze

"Seçkilərin tarixi yaxınlaşdıqca, heç nəyə əsaslanmayan və məzmunca boş olan oxşar bəyanatlardan qorxmamalıyıq, onlar tez-tez olacaq”.

InterPress.ge xəbər verir ki, bunu paytaxt meri Kaxa Kaladze Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 24 deputatı tərəfindən imzalanan bəyannamə ilə bağlı deyib.

Onun qiymətləndirməsinə görə, bu cür qətnamələr Avropa İttifaqını və ölkənin Avropa gələcəyini nüfuzdan salır.

“Avropa Şurasının qətnaməsinin heç bir qiyməti yoxdur. Biz bu yaxınlarda bu qətnamələrin necə tərtib olunduğunu gördük, bu lobbiçilikdir, pullar birbaşa konkret adamlara ödənilir və nə istəsələr, yazdırırlar. Bu münasibət biabırçılıqdır və təbii ki, belə bəyanatlar, bu cür qətnamələr Avropa İttifaqını və ölkənin Avropa gələcəyini nüfuzdan salır.

Ona görə də biz ilk növbədə xalqa bildirməliyik ki, bu, Avropa deyil, bütün bunlara görə pul alıb bu cür çirkin bəyanatlar verənlər konkret bürokratlardır. Seçkilərin tarixi yaxınlaşdıqca biz heç nəyə əsaslanmayan və məzmunca boş olan bu cür fərqli bəyanatlardan qorxmamalıyıq, onlar tez-tez olacaq”, - Kaladze bildirib.

Məlumat üçün bildirək ki, Avropa Şurası Parlament Assambleyası (AŞPA) 24 deputatın imzaladığı bəyannaməni dərc edib.

Bəyannaməyə əsasən, seçkilərin nəticələrinin beynəlxalq səviyyədə tanınmasına nail olmaq üçün Gürcüstan rəsmiləri antidemokratik hərəkətlərini dayandırmalı və kursu dəyişməlidirlər.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər