Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

ABŞ Gürcüstandakı vətəndaşlarına təhlükəsizliklə bağlı xəbərdarlıq edib

728
ABŞ Gürcüstandakı vətəndaşlarına təhlükəsizliklə bağlı xəbərdarlıq edib
Dinləmək üçün basın

ABŞ-nin Gürcüstandakı səfirliyi bu ölkədə qarşıdan gələn seçkilər ərəfəsində mümkün “spontan etiraz aksiyaları” barədə öz vətəndaşlarına xəbərdarlıq edib.

ABŞ-nin Gürcüstandakı səfirliyi bu ölkədə qarşıdan gələn seçkilər ərəfəsində mümkün “spontan etiraz aksiyaları” barədə öz vətəndaşlarına xəbərdarlıq edib.

InterPress.ge xəbər verir ki, bununla bağlı səfirliyin müraciəti yayılıb.

“ABŞ vətəndaşlarına 26 oktyabrda keçiriləcək parlament seçkiləri ilə əlaqədar Gürcüstanda çoxsaylı insanların toplaşması ehtimalına görə ehtiyatlı olmağı və diqqətli olmağı xatırladırıq.

Böyük insan kütlələri qeyri-müəyyəndir, xəbərdarlıq edilmədən aksiya iştirakçılar, hakimiyyət tərəfdarları və polis arasında qarşıdurmalar, zorakılıq baş verə bilər”, - ABŞ səfirliyinin müraciətində qeyd edilib.

Xatırladaq ki, bundan öncə Gürcüstan hakimiyyəti seçkilərdən sonra Qərbyönümlü QHT-lər tərəfindən təxribatların ola biləcəyi barədə xəbərdarlıq etmişdi.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Kobaxidze: Gürcüstanda yarım milyondan çox insan yoxsulluqdan çıxıbAİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirSon xəbərlərə bax →