Qardabani bələdiyyəsinin Kumisi yaxınlığında baş verən yol qəzası ölümlə nəticələnib.
InterPress.ge xəbər verir ki, qəza gecə saatlarında baş verib.
Qəza nəticəsində 2 nəfər ölüb, 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 276-cı (yol hərəkəti təhlükəsizliyi və ya istismar qaydalarını pozma) maddəsi ilə araşdırma aparılır.
