06 
Okt
2024
19:45
720

Alyans Gənclər Mərkəzi “Tbilisoba 2024” bayramında iştirak edib

Tbilisidə fəaliyyət göstərən Alyans Gənclər Mərkəzi Tbilisi Açıq Hava Etnoqrafiya Muzeyində keçirilən “Tbilisoba 2024” bayramında iştirak edib. 

InterPress.ge xəbər verir ki, Gürcüstanın müxtəlif regionlarının yer aldığı satış-yarmarkasında mərkəzin tələbələri də öz əl işlərini sərgiləyib.

Çoxsaylı Tbilisi sakinləri və qonaqları ”Alyans” gənclərinin təşkil etdiyi guşədə milli rəqslərimizi izləyib, təamlarımızla və adət-ənənəmizi təmsil edən sərgi ilə tanış olublar.

 

Bizimlə əlaqə saxlayın