06 
Okt
2024
19:53
403

Xaricdə əlavə seçki məntəqələrinin açılması tələbilə Tbilisidə aksiya keçirilib

Xaricdə əlavə seçki məntəqələrinin açılması və konsulluq qeydiyyatı prosesinin şəffaflaşdırılması tələbi ilə Tbilisidə aksiya keçirilib.

InterPress.ge xəbər verir ki, hökumət administrasiyası qarşısında keçirilən aksiyanın iştirakçıları Xarici İşlər Nazirliyinə doğru hərəkət ediblər.

Aksiya iştirakçıları “niyə seçki məntəqələri açmırsınız?” deyə səsləniblər.

Aksiya iştirakçılarının qeyd etdiyinə görə, hər kəs seçkilərdə iştirak edə bilməlidir.

Bizimlə əlaqə saxlayın