Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndələrini qəbul edib.
InterPress.ge xəbər verir ki, bu barədə İstintaq xidməti məlumat yayıb.
Məlumata görə, müşavirədə istintaq xidmətinin rəhbərləri qurumun fəaliyyətinin xüsusiyyətləri və səlahiyyətlərinə aid olan digər mühüm məsələlərlə bağlı azərbaycanlı həmkarlarına ətraflı məlumat veriblər.
“Tərəflər iki ölkənin maliyyə və iqtisadi cinayətlərə qarşı mübarizədə üzləşdiyi problemləri və gələcək peşəkar əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər. Tərəflər müvafiq fəaliyyətin əsas istiqamətləri barədə razılığa gəliblər”, - məlumatda deyilir.
