07 
Okt
2024
19:06
410

“Azərbaycan Evi”ndə vətəndaşlara təmənnasız hüquqi yardımlar göstərilir

"Azərbaycan Evi" və "QANUN" Hüquqi Yardım Mərkəzi arasında bağlanmış memoranduma əsasən, vətəndaşlara təmənnasız (pulsuz) hüquqi yardımların göstərilməsi ilə əlaqədar sentyabr ayının 22-si və 28-də "Azərbaycan Evi"ndə adıçəkilən mərkəzin rəhbəri, vəkil Əli Bədirov və mərkəzin hüquqşünası Şamil Şamilov tərəfindən, əvvəlcədən qeydiyyatdan keçmiş Marneuli və ətraf kəndlərdə yaşayan və hüquqi problemləri olan vətəndaşların qəbulu keçirilib.

InterPress.ge xəbər verir ki, beşinci qəbul günündə 12 nəfər Gürcüstan vətəndaşı qəbul edilərək problemləri dinlənilib.

Vətəndaşların problemlərinin (məhkəmə proseslərinin tezləşdirilməsi, şahidlərin hüquqi, aliment, vərəsəlik, mülkiyyət, özələşdirmə məsələləri, ailə zorakılığı və s.) həlli ilə bağlı lazımi ərizələr yazılıb, aidiyyatı dövlət qurumlarına, baş prokurorluğa və məhkəmə-hüquq orqanlarının elektron ünvanına göndərilib. Qəbul günləri davam edəcək və soydaşlarımız bu xidmətdən faydalana bilərlər.

Qəbula yazılmaq üçün aşağıda göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz:

Tel: +995 599 10 96 90

Bizimlə əlaqə saxlayın