Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Kobaxidze: Dövlət xidmətlərində on faizlik maaş artımı gələn il də davam edəcək

383
Kobaxidze: Dövlət xidmətlərində on faizlik maaş artımı gələn il də davam edəcək
Dinləmək üçün basın

“Büdcələrin artması bizə maaşları da artırmağa imkan verəcək. Dövlət qulluqçularına gəlincə, son illərdə hər il on faiz artım təmin edilib, gələn il isə maaş on faiz artmaqda davam edəcək”.

“Büdcələrin artması bizə maaşları da artırmağa imkan verəcək. Dövlət qulluqçularına gəlincə, son illərdə hər il on faiz artım təmin edilib, gələn il isə maaş on faiz artmaqda davam edəcək”.

InterPress.ge xəbər verir ki, bunu “Gürcü Arzusu”nun seçki qərargahının rəhbəri, baş nazir İrakli Kobaxidze seçki proqramının təqdimatı zamanı deyib.

Onun sözlərinə görə, uşaq bağçaları, incəsənət və idman məktəblərinin işçilərinin maaşı yanvarın 1-dən 100 lari artırılacaq.

“Uşaq bağçalarında yanvarın 1-dən hər bir işçi üçün əməkhaqqının 100 lari artımını planlaşdırdıq və eyni şey incəsənət və idman məktəblərinin işçilərinə də aiddir, burada da standart artımdan kənar 100 lari artacaq”, - deyə İrakli Kobaxidze bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Kobaxidze: Gürcüstanda yarım milyondan çox insan yoxsulluqdan çıxıbAİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirSon xəbərlərə bax →