08 
Okt
2024
11:14
511

1000-dən çox polis əməkdaşı yeni tikilən binalarda mənzil alacaq

“Polis şəhəri” layihəsi çərçivəsində 1000-dən çox polis əməkdaşı yeni tikilən binalarda mənzil alacaq.

InterPress.xəbər verir ki, bu barədə “Gürcü arzusu”nun seçki qərargahının rəhbəri, baş nazir İrakli Kobaxidze seçki proqramının təqdimatı zamanı bildirib.

Baş nazirin sözlərinə görə, həm polis, həm də yanğın-xilasetmə xidmətində maddi-texniki baza əhəmiyyətli dərəcədə yenilənəcək, infrastruktur inkişaf etdiriləcək.

Onun sözlərinə görə, polis məsələsində ötən illər ərzində infrastrukturun inkişafı ilə bağlı çox işlər görülüb və burada infrastrukturun inkişafı ilə bağlı konkret planlar var.

“İstər polis, istərsə də yanğın-xilasetmə xidmətləri baxımından bizdə xeyli yenilik oldu və sonrakı illərdə maddi-texniki baza xeyli yenilənəcək. Həmçinin polis əməkdaşlarının sosial şəraitinin yaxşılaşdırılması vacibdir, burada bizim ayrıca layihəmiz də var - “Polis şəhəri” layihəsi və bu istiqamətdə də ciddi irəliləyişlər əldə edəcəyik, 1000-dən çox polis əməkdaşıyeni tikilmiş binalardan mənzil alacaq, - baş nazir bildirib.

Bizimlə əlaqə saxlayın