08 
Okt
2024
17:51
733

Rəfi Orucov Birlik-Milli Hərəkat koalisiyasının Qardabanidəki ofisinə hücum edildiyini bildirir

Birlik-Milli Hərəkat koalisiyasının Qardabani ofisinə zərər dəyib. 

InterPress.ge xəbər verir ki, bu barədə koalisiyanın parlament deputatlığına namizədi Rəfi Orucov öz şəxsi sosial hesabında bildirib.

Orucov bildirir ki, dünən gecə saatlarında Birlik-Milli Hərəkat partiyasının Qardabanidəki ofisinə naməlum şəxslər tərəfindən hücum olunub, onlar ofisin üst örtüyünü söküblər.

O,  iddia edir ki, bu, hakim partiyanın əmrilə edilib.

“Bu hakimiyyət artıq bilir ki, 26 oktyabrda məğlub olacaqlar və hirslərini bu cür ucuz təxribat xarakterli əməllərlə alırlar. Bu cür çirkin işlərin əmrini alanlara bildirmək istəyirəm ki, seçkidən sonra sizə əmr verənləri tapa bilməyəcəksiniz, onlar ya ölkədən qaçacaqlar ya da qanun qarşısında etdikləri pozuntulara görə cavab vermiş olacaqlar. Bizi bu cür ucuz təxribatlar dayandıra bilməz, xalq artıq sizin hakimiyyətin sonunu gətirməyə qərarlıdır”. 

Qeyd edək ki, hadisə ilə bağlı hüquq mühafizə orqanlarına şikayət edilib.

Bizimlə əlaqə saxlayın