09 
Okt
2024
20:53
778

Vahid Milli Hərəkat partiyasının üzvü Eldəniz Sadıqov "Gürcü Arzusu" partiyasına keçib

Vahid Milli Hərəkat partiyasının üzvü Eldəniz Sadıqov "Gürcü Arzusu" partiyasına keçib.

InterPress.ge xəbər verir ki, bu barədə onun özü açıqlama verib.

Onun sözlərinə görə, VMH Partiyası dövlət maraqlarına uyğun hərəkət etmir.

“Aqil Mustafayev, Ramo Əhmədov, Azad Kərimov və Davit Kirkitadze tərəfindən bir çox haqsızlıqlara məruz qaldım. Mən müxalifətdə real bir şey görmədim. Hansı sözləri vermişdilərsə, heç birinə əməl etmədilər. Bu gün onların məqsədi vəzifəyə sahib olmaqdır”, - deyə o söyləyib.

Eldəniz Sadıqov bundan sonra hakimiyyətin yolu ilə gedəcəyini bəyan edib. 

“Mən xalqımıza səslənirəm ki, bu gün real müxalifət yoxdur. Hamısı yalan danışırlar. Biz ölkəmizdə sülh istəyirik, əmin-amanlıq istəyirik. Bizə müharibə lazım deyil, çünki biz burda tarix boyunca sülh içində yaşamışıq”, - deyə Sadıqov söyləyib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər