Marneulidə gənc qadın qonşusunun evindən külli miqdarda qızıl və pul oğurlayıb
Marneulidə 18 yaşlı hamilə qadın qonşusunun evindən külli miqdarda qızıl və pul oğurlayıb.
InterPress.ge xəbər verir ki, zərərçəkmişlərin dediyinə görə, onlar bütün sübutları və müşahidə kameralarının qeydlərini polisə təhvil versələr də, aidiyyatı qurumlar indiyədək cinayətkarı tutmayıblar.
Onların sözlərinə görə, polis qadını hamilə olduğu üçün həbs etmir və qadın oğurladığı qızıl-zinət əşyalarını artıq satdığını və geri qaytara bilməyəcəyini deyir.
"Evimi qarət etdilər, 18 yaşlı qadın evə girərək külli miqdarda qızıl və pul oğurladı. Evdən qiymətli əşyaların itməsi ilk dəfə deyildi. Ona görə də müşahidə kameraları quraşdırdıq. Polisin özü də nə baş verdiyini çox yaxşı bilir. Nəsə araşdıracaqlarına ümidimiz yoxdur”, - deyə zərərçəkən bildirib.


