10 
Okt
2024
12:37
615

Şeyx Faiq Nəbiyev Dmanisi rayonunda baş tutmuş "Gürcü Arzusu" partiyasının seçki kampaniyasına qoşulub - FOTO

Şeyx Faiq Nəbiyev Dmanisi rayonunda baş tutmuş " Gürcü Arzusu" partiyasının seçki kampaniyasına qoşulub.

InterPress.ge xəbər verir ki, bu barədə Dmanisi bələdiyyəsinin meri Koba Muradaşvili bildirib.

"Bu gün Şeyx Faiq Nəbiyev və komandamla birlikdə Yuxarı Qarabulaq icmasının kəndlərinin sakinləri ilə görüşdük.

Görüş çərçivəsində oktyabrın 26-da keçiriləcək parlament seçkilərində vətəndaşların iştirakının vacibliyini müzakirə etdik. Həmçinin adıçəkilən icmanın kəndlərində həyata keçirilən və planlaşdırılan layihələrdən söhbət açılıb."- Dmanisi meri sosial şəbəkədə yazıb.

Bizimlə əlaqə saxlayın