10 
Okt
2024
14:11
766

Temkada atışma olub

Temkada atışma baş verib.

InterPress.ge xəbər verir ki,  polis sürücüdən yoxlama üçün avtomobilini saxlamağı əmr edib, sürücü buna tabe olmayıb.

Bundan sonra o, digər avtomobillə toqquşub, daha sonra isə avtomobilindən düşərək qaçmağa cəhd edib və bu zaman asayiş keşikçiləri havaya xəbərdarlıq atəşi açıblar.

Məlumata görə, sürücü polis tərəfindən həbs edilib.

Daxili İşlər Nazirliyi hadisə ilə bağlı açıqlama verməyib.
İşin narkotik cinayəti ilə əlaqədar olduğu ehtimal edilir.

Bizimlə əlaqə saxlayın