10 
Okt
2024
17:38
1570

Putin Gürcüstan vətəndaşları ilə bağlı fərman imzaladı

Rusiya prezidenti Vladimir Putin Gürcüstan vətəndaşları üçün vizasız rejimin genişləndirilməsi haqqında fərman imzalayıb.

InterPress.ge xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Onların məlumatına görə, fərmana əsasən, Gürcüstan vətəndaşları, o cümlədən tələbələr və işləmək üçün gedənlər indi Rusiyada 90 gündən artıq qalmaq hüququna malikdirlər.

Qərar imzalandığı gündən - oktyabrın 10-dan qüvvəyə minir.

Bundan əvvəl ölkəyə işləmək və ya təhsil almaq üçün gedənlər istisna olmaqla, Gürcüstanın bütün vətəndaşları Rusiya ərazisində 90 gündən artıq müddətə qala bilirdilər.

Sözügedən dəyişikliklər 2023-cü ilin yazında Rusiyanın Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv etdiyi zaman dərc edilən fərmanda yer alıb.

Bizimlə əlaqə saxlayın