10 
Okt
2024
18:26
781

Zaur Darğallı: Əminəm ki, oktyabrın 26-da biz ləyaqətlə qalib gələcəyik

“Əhalinin əhval-ruhiyyəsinə əsaslanaraq, əminəm ki, oktyabrın 26-da biz ləyaqətlə qalib gələcəyik ki, bu da bu ölkənin sabit inkişafının təminatı olacaq”.

InterPress.ge xəbər verir ki, bu sözləri “Gürcü Arzusu - Demokratik Gürcüstan”ın Marneuli və Qardabani üzrə delaqatı Zaur Darğallı Kürtlər kəndinin əhalisi ilə görüşündə bəyan edib. 

"Gürcü Arzusu"nun seçkiqabağı təşviqat çərçivəsində Marneulidə görüşlər fəal şəkildə davam edir.

Belə ki, keçirilən görüşlərdə Marneuli-Qardabani üzrə deleqatla birgə “Gürcü Arzusu”nun Marneuli partiya təşkilatının rəhbəri Amiran Qiorqadze, Marneuli bələdiyyəsinin meri Kənan Ömərov və hakim komandanın üzvləri yerli əhaliyə 26 oktyabr parlament seçkilərinin əhəmiyyətindən və ölkədə sülhün qorunmasının əhəmiyyətindən danışıblar.

Görüşdə həmçinin yerli əhali üçün prioritet məsələlər də müzakirə olunub. Diqqət “Gürcü Arzusu”nun idarəçilik dövründə həyata keçirilən layihələrə və gələcək planlara yönəldilib.

Bizimlə əlaqə saxlayın