Ölkə ərazisində oktyabrın 15-dək hava necə olacaq? - PROQNOZ
Oktyabrın 12-də istilik fonunda Gürcüstanda bəzi yerlərdə yağış yağacağı, oktyabrın 13-15-də arabir yağış yağacağı gözlənilir.
Paytaxt Tbilisidə oktyabrın 12-si axşama kimi əsasən yağmursuz hava hökm sürəcək. Oktyabrın 13-15-də havanın buludlu olacağı, yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz +17, +19 dərəcəyə enəcək.
Sahilboyu rayonlarda (Batumi, Kobuleti, Anakliya, Poti): oktyabrın 13-ü gününün ikinci yarısınadək isti və yağmursuz hava şəraitinin davam edəcəyi, sonra isə havanın soyuyacağı, yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz +19, +21 dərəcəyə enəcək.
Qərbi Gürcüstanın aran rayonlarında (Zestafoni, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurqeti): oktyabrın 13-ün ikinci yarısınadək isti və yağmursuz hava şəraiti gözlənilir, sonra isə havanın soyuyacağı, yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz +18, +20 dərəcəyə enəcək.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsageri, Şovi, Çiatura, Saçxere, Xulo, Rikoti aşırımında): oktyabrın 13-ün ikinci yarısından başlayaraq sərin və yağıntılı hava şəraiti gözlənilir. Havanın temperaturu gündüz +16, +20 dərəcə təşkil edəcək.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Mestia, Baxmaro): oktyabrın 13-ü gününün ikinci yarısından başlayaraq sərin və yağıntılı hava şəraiti gözlənilir. Havanın temperaturu gündüz +11, +16 dərəcə təşkil edəcək.
Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali): oktyabrın 12-də nisbi isti fonunda bəzi yerlərdə yağış yağacağı, oktyabrın 13-15-də sərin, arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu gündüz +17, +20 dərəcə təşkil edəcək.
Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siqnaqi, Laqodexi, Kvareli, Axmeta, Dedoplistskaro): oktyabrın 12-də nisbi isti fonunda bəzi yerlərdə yağış yağacağı, oktyabrın 13-15-də sərin və arabir yağış yağacağı gözlənilir. gözlənilir. Havanın temperaturu gündüz +16, +19 dərəcə təşkil edəcək.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalsixe, Borjomi, Duşeti, Tianeti, Fasanauri): oktyabrın 12-də nisbi isti fonunda bəzi yerlərdə yağış yağacağı, oktyabrın 13-15-də sərin, arabir yağıntılı olacağı gözlənilir. . Havanın temperaturu gündüz +13, +18 dərəcə təşkil edəcək.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): oktyabrın 12-də bəzi yerlərdə yağış yağacağı, oktyabrın 13-15-də isə nisbətən soyuq və yağıntılı hava şəraiti gözlənilir. Havanın temperaturu gündüz +7, +12 dərəcə təşkil edəcək.


