Gürcüstanda koronavirusla bağlı qaynar nöqtə bu şəhərdir
"Sizə bir daha müraciət və təkrar edirik ki, dövlətin, səhiyyə sektorunun bütün tövsiyələrini yerinə yetirmək lazımdır".
InterPress.ge xəbər verir ki, bu haqda Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Mərkəzinin rəhbəri Amiran Qamğrelidze bildirib.
Qamğrelidze bir daha riayət olunması mütləq və vacib olan tövsiyyələr haqda danışdı.
"Tövsiyələr bunlardır: bütün qapalı məkanlarda maskadan istifadə edin, izdihamlı ortamlardan çəkinin və məsafə saxlayın, bü mümkün deyilsə maska taxın. Məsafəni bir metr, yarım metr və mümkünsə daha da çox - iki metr saxlamaq lazımdır. Sanitar qaydaları qorumaq və ümumiyyətlə, nəzarəti gücləndirmək lazımdır ”, - dedi Qamğrelidze.
Onun bildirdiyinə görə, şəxs əgər özündə şübhəli əlamətlər aşkar edərsə dərhal 112-yə zəng etməlidir.
"Öz-özünə nəzarətin sərtləşdirilməsi, hamımızın sağlamlığımızı özümüzün izləməyimiz deməkdir - hərarət, öskürək nəfəs çatışmazlığı varsa şəxs dərhal 112 nömrəsinə zəng vurmalı , həkimə müraciət etməli və həkimin dediklərinə riayət etməlidir. Bu simptomlardan hər hansı biri varsa, həkim sizə kovid mərkəzlərdə testdən keçmək lazım olduğunu bilməlisiniz. Bildiyiniz kimi bunun üçün ölkədə təxminən 40-50 yer var. Onların siyahısı Səhiyyə Nazirliyinin və Xəstəliklərə Nəzarət Mərkəzinin saytlarında var, müraciət edə bilərsiniz və hamısı dövlət tərəfindən maliyyələşdirilir ”, - dedi Amiran Qamğrelidze.
Yeni virus hallarına gəlincə, Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbərinin sözlərinə görə, Acara bölgəsi xüsusilə Batumi qaynar nöqtə olaraq qalır.


