Xaricdə əlavə 7 seçki məntəqəsi yaradılacaq.
InterPress.ge xəbər verir ki, bu barədə qərar MSK-nın bu gün keçirilən iclasında qəbul edilib.
Əlavə məntəqələr Nyu-York, Berlin, Barselona, Roma, Afina, Saloniki və Parisdə yaradılacaq.
MSK sədri Giorgi Kalandarişvilinin sözlərinə görə, oktyabrın 26-da keçiriləcək seçkilərdə 42 ölkənin 53 şəhərində 67 seçki məntəqəsi Gürcüstan vətəndaşlarına xidmət göstərəcək.
