Sabah seçki keçirilsəydi kimə səs verərdiniz? - “SAVANTA” - nın ictimai sorğusu
Dünyanın ən nüfuzlu Böyük Britaniya şirkətlərindən biri olan SAVANTA" ictimai sorğu keçirib.
InterPress.ge xəbər verir ki, ictimai sorğu ”Media Azadlığı Fondu" nun sifarişi ilə Mtavari Arxi teleşirkəti üçün keçirilib.
“Savanta” qlobal şirkətdir, onun tədqiqatları bütün dünyada CNN və BBC kimi nüfuzlu media, habelə Britaniya hökuməti tərəfindən sifariş edilir.
Sabah seçki keçirilsəydi kimə səs verərdiniz? sualına cavablar aşağıdakı kimidir:
"Gürcü arzusu" - "Xalq gücü" - 36%
"Dəyişikliklər Koalisiyası" - 18%
"Birlik - Milli Hərəkat" - 14%
"Qaxaria Gürcüstan Naminə" - 10%
“Güclü Gürcüstan” – 8%
"Girçi" - 3%
"Gürcüstan Vətənpərvərləri Alyansı" - 3%
"Gürcüstan Əmək Partiyası" - 2%
digər - 6%
Sorğu üzbəüz müsahibə üsulu ilə işğal olunmuş ərazilər istisna olmaqla, Gürcüstanın bütün ərazisində aparılıb. Səsvermə hüququna malik 1561 nəfər (18 yaş və yuxarı) təbəqəli təsadüfi seçmə prinsipi əsasında müsahibə aparılmışdır.
Sorğu bütün respondentlərin rəyinə əsaslanır. Tədqiqatın səhv marjası + -2.48%, 95% inamla.
Tədqiqatda iştirakdan imtina edən, suallara cavab verməyən və ya sorğunu tamamlaya bilməyən respondentlərin sayı 22%-dir , beləliklə, cavab nisbəti 78% (1561 nəfər) təşkil edir.
Sahə işləri 29 sentyabr - 8 oktyabr 2024-cü il tarixləri arasında aparılmışdır.
Səhv marjası - 2,48%.
Tədqiqatın nəticələrinə əhəmiyyətli təsir göstərə biləcək faktorlar müşahidə edilməmişdir.


