11 
Okt
2024
15:51
785

Sizcə, “Gürcü arzusu”nun dəyişmə vaxtı çatıbmı? - “SAVANTA” -nın ictimai sorğusu

Dünyanın ən nüfuzlu Böyük Britaniya şirkətlərindən biri olan SAVANTA  ictimai sorğu keçirib. 

InterPress.ge xəbər verir ki, ictimai  sorğu ”Media Azadlığı Fondu" nun sifarişi ilə Mtavari Arxi teleşirkəti üçün keçirilib.

“Savanta” qlobal şirkətdir, onun tədqiqatları bütün dünyada CNN və BBC kimi nüfuzlu media, habelə Britaniya hökuməti tərəfindən sifariş edilir. 

Sizcə, “Gürcü arzusu”nun dəyişmə vaxtı çatıbmı?sualına cavablar aşağıdakl kimidir:

Bəli, dəyişiklik vaxtıdır - 53% 

Dəyişikliyə ehtiyacımız var, amma daha yaxşı alternativ yoxdur -28%

Xeyr, ölkənin idarə olunmasını bəyənirəm - 14%

Bilmirəm/cavab verməkdən imtina edir - 5%

Sorğu üzbəüz müsahibə üsulu ilə işğal olunmuş ərazilər istisna olmaqla, Gürcüstanın bütün ərazisində aparılıb. Səsvermə hüququ olan 1561 nəfər (18 yaş və yuxarı) ilə təbəqələşdirilmiş təsadüfi seçmə prinsipi əsasında müsahibə aparılmışdır. 

Sorğu bütün respondentlərin rəyinə əsaslanır. Tədqiqatın səhv marjası + -2.48%, 95% etibarlılıq səviyyəsidir. 

Tədqiqatda iştirakdan imtina edən, suallara cavab verməyən və ya sorğunu tamamlaya bilməyən respondentlərin sayı 22%, beləliklə, cavab nisbəti 78% (1561 nəfər) təşkil edir.

Sahə işləri 29 sentyabr - 8 oktyabr 2024-cü il tarixləri arasında aparılmışdır.
Səhv marjası - 2,48%.

Tədqiqatın nəticələrinə əhəmiyyətli təsir göstərə biləcək amillər müşahidə edilməmişdir.

 

Bizimlə əlaqə saxlayın