Sameqrelo dağlarında çex turist axtarılır.
InterPress.ge xəbər verir ki, bu barədə “Rustavi 2” məlumat yayıb.
Təkbaşına səyahət edən gənci sonuncu dəfə sentyabrın 29-da yerli çoban görüb. O, yəqin ki, Skuri kurortundan Tobavarçxili yolu ilə Xaişə gedirmiş.
Bundan sonra onun izi itib. Turistin yaxınları sentyabrın sonunda polisə müraciət edib, o vaxtdan xilasetmə qrupları və polis onun axtarışlarına cəlb olunub.
