11 
Okt
2024
18:05
739

Davit Şerazadaşvili Kvemo Bolnisi kəndində qadınlarla görüşüb

“Cəmiyyətin inkişafı üçün qadınların rolu xüsusilə vacibdir”.

InterPress.ge xəbər verir ki, bunu Davit Şerazadişvili Kvemo Bolnisidə qadınlarla görüşündə bəyan edib.

“Gürcü Arzusu - Demokratik Gürcüstan”ın Bolnisi, Dmanisi, Tetritskaro və Tsalka təmsilçisi Davit Şerazadişvili Bolnisi bələdiyyəsinin Kvemo Bolnisi kəndində yaşayan qadınlarla görüşüb. 

Davit Şerazadişvilinin sözlərinə görə, kənd yerlərində yaşayan qadınların ehtiyacları, həyata keçirilən, cari və planlaşdırılan layihələr müzakirə olunub.

“Bu dəfə Kvemo Bolnisi kəndində yaşayan azərbaycanlı qadınlarla qeyri-rəsmi, mehriban bir mühitdə kənd qadınlarının ehtiyaclarından danışdıq. Biz həyata keçirilən, cari və planlaşdırılan layihələri müzakirə etdik. 26 oktyabr seçkilərinin və qadınların seçkilərdə iştirakının vacibliyini vurğuladıq. 

Onlar mövcud çətinlikləri dəqiq dərk ediblər. Ona görə də onların fikirlərini dinləmək və bölüşmək bizim üçün prioritetdir”, - Davit Şerazadişvili bildirib

 

​​

Bizimlə əlaqə saxlayın