14 
Okt
2024
12:10
514

Gürcüstanın futbol komandası bu gün Albaniya ilə qarşılaşacaq

Futbol üzrə Gürcüstan yığması “Millətlər Liqası”nın dördüncü turunun oyununu Albaniya yığmasına qarşı keçirəcək.

InterPress.ge xəbər verir ki, Mixail Mesxi adına stadionda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.

Xatırladırıq ki, Gürcüstan millisi səfərdə Albaniya millisini - 1:0 hesabı ilə məğlub edib.

Məlum olduğu kimi, UEFA “Millətlər Liqası”nın B1 qrupunda Gürcüstan millisinin rəqibləri Çexiya, Albaniya və Ukrayna yığmalarıdır. Hazırda Gürcüstan futbol komandasının qrupda 6 xalı var. Çexiya millisinin də aktivində 6 xalı var ki, bu da Albaniyanı məğlub edən Gürcüstan millisi ilə bərabərə qalıb. Albaniya və Ukraynanın hərəyə 3 xalı var.

Məlumat üçün bildirək ki, oktyabrın 14-də Tbilisi meriyasının və Gürcüstan Futbol Federasiyasının təşkilatçılığı ilə Gürcüstan-Albaniya futbol matçının ictimai nümayişinin keçiriləcəyi Birinci Respublika meydanında gürcü azarkeşlər üçün böyük ekran quraşdırılacaq.

Bizimlə əlaqə saxlayın