Gürcüstanda qarabaşaq idxalı azalıb
Gürcüstanda qarabaşaq idxalı 25% azalıb.
InterPress.ge xəbər verir ki, bu barədə Milli Statistika Xidməti məlumat yayıb.
Sakstatın məlumatına görə, 2023-cü ilin yanvar-avqust aylarında ölkə 5408 ton (3,2 milyon dollar dəyərində), cari ilin eyni dövründə isə 4054 ton (1,8 milyon dollar dəyərində) qarabaşaq yarması alıb.
Məlumatlar göstərir ki, Gürcüstandan qarabaşaq idxalı 24% ucuzlaşıb. Ötən ilin hesabat dövründə 1 kiloqramın vergisiz orta idxal qiyməti 59 sent idisə, bu il qiymət 45 sentə enib.
Onu da qeyd edək ki, Gürcüstana qarabaşaq yarmasının idxalı əsasən Rusiyadan həyata keçirilir. Məsələn, 2024-cü ilin 8 ayında ölkəyə qarabaşaq yarmasının 99%-dən çoxu Rusiyadan daxil olub.
Sakstatın məlumatlarına görə, bu il Gürcüstan Rusiyadan 1,817 milyondan çox dəyərində 4052 ton qarabaşaq yarması alıb.
Hesabat dövründə məhsulların az bir hissəsi Polşa və İtaliyadan gətirilib. Daha dəqiq desək, Polşadan 5470 dollar dəyərində 1,28 ton qarabaşaq, İtaliyadan isə 10 kq 90 dollar dəyərində məhsul gətirilib.


