15 
Okt
2024
13:42
1841

Hava proqnozu açıqlandı: Qar yağacağı gözlənilir

Oktyabrın 17-18-də Gürcüstanda yağış, yüksək dağlıq ərazilərdə qar yağacağı gözlənilir.Dənizdə 3-4 bal  gücündə fırtına olacaq.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yaylb.

“Oktyabrın 17-18-də Gürcüstanda yağış, bəzi yerlərdə intensiv olacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı, qərb istiqamətindən güclü küləyin əsəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, dənizdə 3-4 bal gücündə fırtına olacağı gözlənilir.

Gözlənilən yağıntılar Gürcüstan çaylarında suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, kiçik çaylarda daşqınlara, dağlıq və yüksək dağlıq ərazilərdə sürüşmələrə səbəb ola bilər. Təhlükə səviyyəsi ortadır”, - məlumatda deyilir.

Bizimlə əlaqə saxlayın