Gürcüstan prezidenti Salome Zurabişvili bu gün məhkum olunmuş 12 şəxsi əfv edib.
InterPress.ge xəbər verir ki, bu barədə Prezident Administrasiyası məlumat yayıb.
Məlumata görə, əfv olunanlardan 9 məhkum cəzaçəkmə müəssisəsində azadlıqdan məhrum etmə növündə cəza çəkməkdən tam azad edilib. 2 məhkumun cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulan qalan cəzanın müddəti azaldılıb.
Amnistiya aktı şərti cəzaya məhkum edilmiş 1 nəfərə də şamil edilib, o, şərti cəzanı çəkməkdən tam azad edilib.
