Rusiyanın “İnter-RAO” enerji şirkəti fövqəladə hallar zamanı Gürcüstan və Azərbaycandan elektrik enerjisi idxalı imkanlarını nəzərdən keçirir.
InterPress.ge xəbər verir ki, bu barədə Rusiya KİV-i “İnter-RAO” idarə heyətinin üzvü Aleksandra Paninaya istinadən yazır.
“Biz iki ölkədən - Azərbaycan və Gürcüstandan fövqəladə hallar zamanı çatdırılma imkanını soruşduq. Hər biri 300 meqavatdır”, - Aleksandra Panina bildirib.
Onun sözlərinə görə, hələlik heç bir ölkə cavab verməyib.
