9 ayda işğalçı qüvvələr tərəfindən 58 Gürcüstan vətəndaşı qanunsuz olaraq saxlanılıb
2024-cü ilin 9 ayında işğalçı qüvvələr 58 Gürcüstan vətəndaşını qanunsuz həbs edib.
InterPress.ge xəbər verir ki, sözügedən məlumatları parlamentin deputatı Teona Akubardiyanın deputat sualına cavab olaraq Dövlət Təhlükəsizlik Xidməti yayıb.
“2024-cü il oktyabrın 2-nə olan məlumata görə, işğalçı qüvvələr 58 nəfəri qanunsuz həbs edib, onlardan 31-i işğal olunmuş Sxinvali rayonundan, 27-si isə işğal olunmuş Abxaziyadandır.
Qeyd olunan dövrdə işğalçı qüvvələrin nümayəndələri tərəfindən Duşeti, Kaspi, Qori və Kareli bələdiyyələrinin kəndlərinə bitişik mövcud işğal xətti ilə işğal olunmuş Sxinvali rayonu istiqamətində qanunsuz həbslər aparılıb. İşğal olunmuş Abxaziyanın istiqamətinə gəlincə, Zuqdidi və Tsalenjix bələdiyyələri yaxınlığındakı işğal xəttinin yaxınlığında qanunsuz həbslər qeydə alınıb”, - DTX-nin yaydığı məlumatda deyilir.


