Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Gürcüstan azərbaycanlılarına ağır itki üz verib

609
Gürcüstan azərbaycanlılarına ağır itki üz verib
Dinləmək üçün basın

Gürcüstanda fəaliyyət göstərən “Maarif” təşkilatının rəhbəri, tanınmış ziyalı Ələddin Qarabağlı dünyasını dəyişib.

Gürcüstanda fəaliyyət göstərən “Maarif” təşkilatının rəhbəri, tanınmış ziyalı Ələddin Qarabağlı dünyasını dəyişib.

InterPress.ge xəbər verir ki, Ələddin Qarabağlı təşkilatın ofisində baş verən yanğın nəticəsində ağır yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmişdi.

Ələddin Qarabağlı Gürcüstanın Qardabani rayonunun Ağtəhlə kəndində anadan olub. Ali təhsilini Gəncə Dövlət Pedaqoji Universitetinin fizika fakültəsində alıb. O, Ağtəhlə, Qaratəhlə kəndlərində müəllim, dərs-hissə müdiri, uzun müddət məktəb direktoru işləyib. 2001-ci ildə “Maarif” qəzetini, azyaşlı soydaşlarımız üçün isə “Tumurcuq” uşaq qəzetini təsis edib.

Fəaliyyəti boyu Gürcüstanda Azərbaycan məktəblərinin vəziyyəti ilə yaxından maraqlanan, qeyri-hökumət təşkilatları ilə onlarla layihənin reallaşmasında fəallıq göstərən tanınmış ziyalı “Gürcüstanda Azərbaycandilli məktəblərin tarixi antologiyası” adlı əsərin də müəllifidir.

Ələddin Qarabağlı 2023-cü ildə “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı ilə təltif olunub.

Diasporla İş üzrə Dövlət Komitəsi Ələddin Qarabağlının vəfatından kədərləndiyini bildirir və başsağlığı verir.

"Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi fəaliyyətilə yaddaşlarda iz qoyan Ələddin Qarabağlının vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Komitə mərhumun ailəsinə lazım olan dəstəyi göstərəcək", - deyə komitənin bəyanatında deyilir.

 

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →