“Sadaxlı Avtomobil” gömrük-keçid məntəqəsində külli miqdarda bəyan edilməmiş mallar aşkar edilib
Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin gömrük-keçid məntəqəsində qanun pozuntusu faktı aşkar edilib.
InterPress.ge xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən bildirilub.
Məlumata görə, gömrük nəzarəti çərçivəsində gömrük əməkdaşları risk məlumat bazaları əsasında Ermənistan Respublikasından gələn avtonəqliyyat vasitələrinə rentgen müayinə sistemləri ilə ətraflı baxış keçirməsi nəticəsində, 5620 qutu bəyan edilməmiş, İsveç istehsalı olan çeynəmə tütünü aşkar edib.
“Xarici ölkənin vətəndaşı qeyd olunan malları avtonəqliyyat vasitəsinin yük yerində, xüsusi hazırlanmış gizlin yerdə yerləşdirib və səlahiyyətli şəxs tərəfindən şifahi sorğu-sual zamanı bəyan edilməmiş mallar barədə məlumatı təkzib edib.
Qeyd edək ki, qablaşdırılan malların üzərində gürcü dilində məcburi tibbi xəbərdarlıq olmayıb. Bundan əlavə, bəyan edilməmiş tütün məmulatları aksiz markası ilə markalanmalıdır.
Qanunu pozan vətəndaşın iş materialları cavablandırılması üçün Maliyyə Nazirliyinin İstintaq Xidmətinə təhvil verilib.Qablaşdırmada göstərilən tibbi xəbərdarlıqlar və onların tətbiqi qaydası haqqında əlavə məlumat, həmçinin əmtəə kodları, onlar üçün məcburi qaydalar/tariflər haqqında tam məlumatı aşağıdakı keçidlərdən əldə etmək olar:
https://infohub.rs.ge/ka/workspace/document/800cbef0-32bf-4f06-94fe-8afd2bf144a0?openFromSearch=true
https://rs.ge/CommodityCodes?cat=2&tab=1"- məlumatda deyilir.


