Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Mdinaradze: “Gürcü arzusu” imkansızı bacardı, bu gün 10 faizlik iqtisadi artım tempi ilə tək regionda deyil, Avropada birinci yerdəyik

293
 Mdinaradze: “Gürcü arzusu” imkansızı bacardı, bu gün 10 faizlik iqtisadi artım tempi ilə tək regionda deyil, Avropada birinci yerdəyik
Dinləmək üçün basın

"Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, bir neçə ildən sonra Gürcüstan vətəndaşları Aİ-yə üzv olan bir neçə ölkənin vətəndaşlarından daha yaxşı yaşayacaq. İqtisadi artıma gəlincə, “Gürcü…

"Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, bir neçə ildən sonra Gürcüstan vətəndaşları Aİ-yə üzv olan bir neçə ölkənin vətəndaşlarından daha yaxşı yaşayacaq. İqtisadi artıma gəlincə, “Gürcü arzusu” imkansızı bacardı, bu gün 10 faizlik iqtisadi artım tempi ilə tək regionda deyil, Avropada birinci yerdəyik".

InterPress.ge xəbər verir ki, “Gürcü arzusu”nun icraçı katibi Mamuka Mdinaradze seçki kampaniyası çərçivəsində Kutaisidə keçirilən regional tədbirdə Gürcüstanın iqtisadi artımı və Dünya Bankı və BVF məlumatlarının müsbət proqnozundan danışıb.

"Bu gün biz 10 faizlik iqtisadi artım tempi ilə tək regionda deyil, Avropada birinci yerdəyik. Sizə ən çox, çox səmimi desəm, bilirsinizmi məni nə xoşbəxt edir? Mən dəqiq bilirəm ki, sizin üçün, bu ölkənin özünə hörmət edən hər bir vətəndaşı üçün bu, çox önəmlidir, biz Avropaya əlimizi uzadıb getmirik, amma bu istiqamətdə də inadkar ola bilmişik, çünki biz Avropa İttifaqına üzvlüyə namizəd statusuna malik olan, artıq dediyimiz kimi, Avropada iqtisadi artım tempi ilə birinci yerdə olan bir ölkəyik”, - deyə Mamuka Mdinaradze bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →