Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Kaladze: Ən gözəl mübarizə nümunəsi Bidzina İvanişvilidir

334
Kaladze: Ən gözəl mübarizə nümunəsi Bidzina İvanişvilidir
Dinləmək üçün basın

"Ən gözəl mübarizə nümunəsi Bidzina İvanişvilidir, 2012-ci ildə vətənimizin buna ən çox ehtiyacı olanda o, ailəsi ilə birlikdə ölkənin yanında olub".

"Ən gözəl mübarizə nümunəsi Bidzina İvanişvilidir, 2012-ci ildə vətənimizin buna ən çox ehtiyacı olanda o, ailəsi ilə birlikdə ölkənin yanında olub".

InterPress.ge xəbər verir ki, bu barədə “Gürcü arzusu”nun baş katibi Kaxa Kaladze Kutaisidə keçirilən seçkiqabağı toplantıda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Bidzina İvanişvili öz ailəsi ilə bu gün də Gürcüstanın yanındadır.

“Dostlarım, fədakarlığın və mübarizənin ən gözəl nümunəsi İmeretidən olan, layiqli insan, xeyriyyəçi, ölkəmizə, vətənimizə aşiq olan cənab Bidzina İvanişvilidir. Vətənimizin buna ən çox ehtiyacı olan 2012-ci ildə Bidzina İvanişvili bu ölkənin və ölkənin gələcəyinin yanında olub. Bu gün də belədir, ailəsi ilə birlikdə dayanıb, hələ də ailəsi ilə burada dayanır. Bu gün mən bizimlə olan Tsotne İvanişvilini salamlamaq istəyirəm.

Biz bir yerdə olanda, vətəni, Allahı hər şeydən üstün tutduqca bizə heç kim diz çökdürə bilməz, tərəqqimizə, inkişafımıza mane ola bilməz", - deyə o söyləyib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →