Türkiyənin Bingöl vilayətinin Karlıova ilçəsində 4,1 bal gücündə zəlzələ baş verib.
InterPress.ge xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Hallar İdarəsi məlumat yayıb.
Zəlzələ yerin 7 km dərinliyində meydana gəlib və ətraf ilçələrdə də hiss edilib.
Dağıntı və tələfatla bağlı məlumat verilmir.
