Zurabişvili: "Azadlıqdan qiymətli heç nə yoxdur... Gürcüstan qalibdir, gələcəyi qalibdir!"
"Azadlıqdan qiymətli heç nə yoxdur... Gürcüstan qalibdir, gələcəyi də qalibdir!"
InterPress.ge xəbər verir ki, Gürcüstan prezidenti Salome Zurabişvili Azadlıq meydanına toplaşan ictimaiyyətə belə müraciət edib.
"Bu gün Gürcüstan tarixində övladlarımızın və nəvələrimizin yaddaşında qalacaq o günlərdən biridir. Bu gün nəvəm doğuldu, Qabriel. Və bəlkə də hər şey bu həyatda bir işarədir, yeni gələcəyin, yeni Gürcüstanın gəldiyinə işarədir. Bu gün qarşımda duran Gürcüstan azad Gürcüstandır. Heç kim bura zorla gəlməyib, heç kim bura ona görə gəlməyib ki, gəl, yoxsa işini itirəcəksən. Azadlıqdan qiymətli heç nə yoxdur. Bu gün Avropaya dinc, ləyaqətlə, gürcü kimi daxil olan insanlar, cəmiyyət buradadır. Bu gün sabahın Gürcüstanı, bu gün dünənin Gürcüstanı burada dayanır, amma dünən deyəndə, sovet pəncəsində batmış Gürcüstanı deyil, əcdadlarımızın, şərəfli tariximizin azad Gürcüstanını nəzərdə tuturam. O Gürcüstan və bu Gürcüstan birdir və hər ikisi birlikdə Avropaya daxil olacaqlar.
Mən Maya Sanduya müraciət etmək istəyirəm - Maya, ümid edirəm bu gün sənin qələbə günün və Avropa referendumunun qələbə günü olacaq, biz birlikdə Avropaya girəcəyik!
Mən Volodimir Zelenskiyə müraciət etmək və ona bildirmək istəyirəm ki, biz onun bizim üçün döyüşdüyünü və qalib gələcəyini bilirik. Biz birlikdə Avropaya girəcəyik! Azadlıqdan qiymətli heç nə yoxdur... Gürcüstan qalibdir, gələcəyi qalibdir!"


