21 
Okt
2024
13:41
704

Oktyabrın 24-dək olan hava proqnozu açıqlandı

Oktyabrın 22-dən Gürcüstanın əksər ərazilərində hava günəşli olacaq, gün ərzində nisbətən isti olacaq. 

InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.

Məlumata görə, Tbilisidə hava əsasən yağmursuz keçəcək. Havanın temperaturu gündüz +16, +18, gecə +4, +6 dərəcəyədək yüksələcək. 

Sahil rayonlarında (Batumi, Kobuleti, Anaklia, Poti): bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Havanın temperaturu gün ərzində +13, +18 dərəcəyədək yüksələcək. 

Qərbi Gürcüstanın aran rayonlarında (Zestafoni, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurqeti): bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Havanın temperaturu gün ərzində +15, +20 dərəcəyədək yüksələcək. 

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsageri, Şovi, Çiatura, Saçxere, Xulo, Rikoti aşırımı): bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Havanın temperaturu gündüz +10, +15 dərəcəyədək yüksələcək. 

Qərbi Gürcüstanın dağlıq rayonlarında (Mestia, Baxmaro): bəzi yerlərdə bir qədər qar müşahidə oluna bilər. Havanın temperaturu gün ərzində +5, +10 dərəcəyədək yüksələcək.

Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Tsxinvali): az yağıntı ola bilər.  Havanın temperaturu gün ərzində +13, +18 dərəcəyədək yüksələcək.

Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siqnaxi, Laqodexi, Kvareli, Axmeta, Dedoplistskaro): bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Havanın temperaturu gün ərzində +13, +18 dərəcəyədək yüksələcək.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axaltsix, Borjomi, Duşeti, Tianeti, Fasanauri): az yağıntı ola bilər. Havanın temperaturu gündüz +10, +15 dərəcə təşkil edəcək.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): bir qədər qar yağa bilər. Havanın temperaturu gün ərzində +5, +10 dərəcəyədək yüksələcək.

Bizimlə əlaqə saxlayın