Daxili İşlər Nazirliyi vətəndaşlara xəbərdarlıq edir
Oktyabrın 23-də “Gürcü Arzusu” partiyasının Tbilisidə keçirəcəyi tədbir ilə əlaqədar Daxili İşlər Nazirliyi yol hərəkətinin məhdudlaşdırılması ilə əlaqədar əhalini şəxsi avtomobillər ilə hərəkət etməkdən çəkinməyə çağırır.
InterPress.ge xəbər verir ki, Daxili İşlər Nazirliyi vətəndaşlara xəbərdarlıq edib.
"İctimaiyyətə məlum olduğu kimi, oktyabrın 23-də "Gürcü Arzusu-Demokratik Gürcüstan” siyasi partiyası Tbilisidə seçkiqabağı yekun tədbir keçirməyi planlaşdırır. Sözügedən tədbir ilə əlaqədar Tbilisinin bəzi küçələrində avtomobillərin hərəkəti bir müddətə məhdudlaşdırılır. “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasından verilən məlumata görə, tədbirə paytaxtda yaşayan vətəndaşlarla yanaşı, bölgələrdən də vətəndaşlar qatılacaq.
İctimai asayişin qorunması və nəqliyyatın təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə Daxili İşlər Nazirliyinin patrul polis idarəsinin əməkdaşları hadisə yerinə və ətraf ərazilərə səfərbər olunacaqlar.
Gözlənilən sıxlıq səbəbindən vətəndaşları şəxsi avtomobillərlə hərəkətdən çəkinməyə çağırırıq.
Tədbirlə bağlı tətbiq edilən məhdudiyyət oktyabrın 23-ü saat 00:00-dan tədbir bitənədək qüvvədə olacaq”, - deyə məlumatda qeyd olunub.


