20,23 və 27 Sentyabrda Türkiyənin Anadoluget aviaşirkəti Tbilisi-İstanbul tək tərəfli reys həyata keçirəcək.
InterPress.ge xəbər verir ki, bu barədə Türkiyənin Gürcüstandakı səfirliyi məlumat yayır.
Bildirilir ki, uçuş Tbilisidən saat 05:20 - də baş tutacaq.
"Sabiha Gökçen hava limanından Türkiyənin daxili reyslərindən də istifadə etmək mümkün olacaq. Uçuş eləcə də : Paris, London, Brüssel, Amsterdam, Münhen, Berlin, Düsseldorf Frankfurt, Vyana və Ştutqard istiqamətilə də mümkündür.
Biletlər satışa çıxarılıb", - deyə məlumatda bildirilir.
