22 
Okt
2024
22:15
339

Rikoti avtomobil yolunun əlavə 12 km-i açılıb

Rikoti magistral yolunun əlavə 12 km-i nəqliyyat üçün açılıb və ümumilikdə nəqliyyat yeni Rikoti magistral yolunun 48 km-dən istifadə edəcək.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Regional İnkişaf və İnfrastruktur Nazirliyinin mətbuat xidməti yayıb.

Rikoti aşırımında əsas yolun tikintisi 4 hissədə aparılırdı. Hazırda 3 hissə (Xevi-Ubisa, Ubisa-Şorapani, Şorapani-Arqveta) və  birinci 11km-lik yolun 7 km-i yol hərəkəti üçün tam açılır. Onların arasında nəqliyyat vasitələri yeni bərpa edilmiş, tarixi Rikoti tuneli və ona paralel yeni tuneldən faydalanacaq.

Rikoti avtomagistralının tikintisi layihəsi çərçivəsində 51 tunel və 97 körpü olmaqla ümumilikdə 52 km uzunluğunda 4 zolaqlı avtomobil yolu tikilir. Nəqliyyat vasitələri artıq 48 km uzunluğunda 4 zolaqlı yeni yoldan, 49 tuneldən və 88 körpüdən istifadə edəcək.Çumeteleti-Xevidə qalan 4 km-lik yolda intensiv işlər davam etdirilir. Yamacların, o cümlədən 149-cu km-də yerləşən yamacın sabitləşdirilməsi işləri yekun mərhələdədir, bundan sonra yolun tikintisinə başlanılacaq. İlin sonunadək texnoloji parametrlərə və tələblərə lazımi riayət olunmaqla, iqlim şəraitinə uyğun olaraq yol örtüyünün düzülməsi başa çatdırılacaq və yol örtüyü döşənəcək. Yolun yeni hissəsi açılandan sonra köhnə yolda yenidənqurma-modernləşmə işlərinə başlanılacaq.

Rikotinin açılan 48 km-lik magistral yolu məsafəni 8 km azaldır və səyahət vaxtını ən azı iki dəfə azaldır. Yeni yol beynəlxalq yol təhlükəsizliyi standartlarına uyğun tikilib və yol işıqlandırma sistemi ilə təchiz edilib.

Ümumilikdə, Rikotinin yeni əsas yolunun 93%-i artıq avtomobil nəqliyyatı ilə istifadə olunur, işlərin gedişi isə 98%-dir.

Riko avtomobil yolunun tikintisi Asiya İnkişaf Bankı (AİB), Avropa İnvestisiya Bankı (AİB) və Dünya Bankından (DB) alınmış kreditlərin və dövlət büdcəsinin birgə maliyyələşdirilməsi hesabına həyata keçirilir. İşlərin ümumi dəyəri 2,6 milyard lariyə qədərdir.

Bizimlə əlaqə saxlayın