Vətəndaşların nəzərinə - Bu mesajlara aldanmayın
Gürcüstanın Ətraf Mühitə Nəzarət Departamenti vətəndaşlara ehtimal olunan dələduzluq sxemi ilə bağlı xəbərdarlıq edib.
InterPress.ge xəbər verir ki, departamentin məlumatına görə, avqustun 19-da vətəndaşlara avtomobillərinin cərimələnməsi ilə bağlı SMS mesajları göndərilib və mesajlarda göstərilən keçiddən istifadə etməmələri tövsiyə olunub.
Məlumata əsasən, mesajlarda göstərilən keçidə daxil olduqda Ətraf Mühitə Nəzarət Departamentinin köhnə loqosunun yerləşdirildiyi saxta internet səhifəsi açılır. Saytda ödənilməmiş cərimənin nəticələri barədə məlumat təqdim olunur və bank kartının standart rekvizitlərini daxil etməklə ödəniş etmək imkanı yaradılır.
Departamentin məlumatında bildirilir ki, sözügedən sxem vətəndaşlardan pul əldə etmək məqsədi daşıya bilər.
Qurum vətəndaşları belə mesajlara aldanmamağa və mesajda göstərilən internet səhifəsinə daxil olmamağa çağırıb.
Ətraf Mühitə Nəzarət Departamenti məsələ ilə bağlı materialları müvafiq tədbirlərin görülməsi üçün Gürcüstan Daxili İşlər Nazirliyinə göndərib.


