23 
Okt
2026
10:35
35

“Böyük Sədd-2026” beynəlxalq forumunda süni intellekt və terrorizmlə mübarizə müzakirə olunub

“Forum süni intellektin inkişafı kontekstində terrorizmlə mübarizə sahəsində praktiki əməkdaşlığın gücləndirilməsinə yönəlib”.

InterPress.ge xəbər verir ki, bu barədə “Böyük Sədd-2026” Terrorizmlə Mübarizə üzrə Beynəlxalq Forumun Təşkilat Komitəsinin baş katibi Pen Cidzun bildirib.

Onun sözlərinə görə, forumun əsas məqsədi terrorizmlə mübarizə imkanlarını gücləndirmək və qlobal antiterror əməkdaşlığını inkişaf etdirməkdir.

“Biz strateji, əməliyyat və taktiki səviyyələrdə müzakirələr aparmaq üçün yüksək səviyyəli, peşəkar və tematik forumlar yaratmışıq. Bu müzakirələrdə dövrümüzdə baş verən dəyişikliklərə, rəqiblərə və texnologiyalara diqqət yetirilir.

Məqsədimiz süni intellekt texnologiyalarının terrorizmlə mübarizəyə və onun qarşısının alınmasına təsirini izləməkdir. Eyni zamanda, terrorizmlə mübarizə imkanlarının gücləndirilməsinə və qlobal antiterror əməkdaşlığının inkişafına diqqət yetiririk. Məhz bu məsələlər forumun əsas istiqamətlərini və başlıca yeniliklərini təşkil edir”, – deyə baş katib bildirib.

Məlumat üçün bildirək ki, Gürcüstanın Dövlət Mühafizəsi Xüsusi Xidmətinin rəhbəri Anzor Çubinidze Çin Xalq Silahlı Polis Qüvvələrinin (PAP) təşkil etdiyi “Böyük Sədd-2026” adlı 6-cı Beynəlxalq Antiterror Forumunda iştirak edib.

Çubinidze forum iştirakçıları qarşısında çıxış edərək sürətlə dəyişən müasir dünyada terrorizmin təzahür formalarına, texnoloji tərəqqinin yaratdığı yeni imkanlara və bununla bağlı risklərin tendensiyalarına diqqət çəkib.

Bizimlə əlaqə saxlayın