Polşada Gürcüstan vətəndaşı saxlanılıb
Polşada Rusiya vətəndaşının qətlə yetirilməsi işi üzrə Gürcüstanın 22 yaşlı vətəndaşı saxlanılıb. O, qətlin törədilməsinə kömək etməkdə və cinayətdə iştirak etməkdə şübhəli bilinir.
InterPress.ge xəbər verir ki, bu barədə Polşanın xüsusi xidmətlər üzrə nazir-koordinatoru Tomaş Semonyak sosial şəbəkədə məlumat yayıb.
Onun sözlərinə görə, cari ilin iyun ayında Biala Podlyaskada baş vermiş Rusiya vətəndaşının qətli ilə bağlı Daxili Təhlükəsizlik Agentliyinin əməkdaşları ikinci şübhəlini saxlayıblar.
“Gürcüstanın 22 yaşlı vətəndaşı Robert K.-nın qətlinə kömək etməkdə və cinayətdə iştirak etməkdə şübhəli bilinir. Məhkəmə onun barəsində üç aylıq həbs qətimkan tədbiri seçib.
İstintaq davam edir və iş üzrə yeni inkişaflar ola bilər”, – deyə Semonyak yazıb.
Məlumat üçün bildirək ki, söhbət Vladimir Putinin tənqidçisi Semyon Skrepetskinin, əsl adı Robert Kuzovkovun qətlə yetirilməsindən gedir. O, 2021-ci ildə Polşaya köçüb.
Bu iş üzrə iyunun 18-də Gürcüstanın daha bir vətəndaşı — 36 yaşlı Elnur A. Varşava yaxınlığında saxlanılıb. Məhkəmə onun barəsində də həbs qətimkan tədbiri seçib. Daha sonra, avqust ayında onun başqa bir qətl işi ilə də əlaqəli olduğu barədə məlumat yayılıb.


