23 
Okt
2024
15:05
469

Sizcə, 12 illik hakimiyyətdən sonra gürcü arzusunun dəyişmə vaxtı çatıbmı?-ictimai sorğu

 

Savanta Group “Media Azadlığı Fondu”nun sifarişi ilə “Mtavari Arxi” televiziya şirkəti üçün ictimai rəy sorğusu keçirib.

InterPress.ge xəbər verir ki, “Savanta” qlobal şirkətdir, onun tədqiqatları bütün dünyada CNN və BBC kimi nüfuzlu media, habelə Britaniya hökuməti tərəfindən sifariş edilir.

Sizcə, 12 illik hakimiyyətdən sonra gürcü arzusunun dəyişmə vaxtı çatıbmı? sualına cavablqar aşağıdakı göstərici üzrədir.

Bəli, dəyişiklik vaxtıdır - 54%
Dəyişikliyə ehtiyacımız var, amma daha yaxşı alternativ yoxdur - 27%
Xeyr, ölkənin idarə olunmasını bəyənirəm - 13%
Bilmirəm|Cavab verməkdən imtina - 6%

Sorğu üzbəüz müsahibə üsulu ilə işğal olunmuş ərazilər istisna olmaqla, Gürcüstanın bütün ərazisində aparılıb. Səsvermə hüququ olan 1520 nəfər (18 yaş və yuxarı) ilə təbəqələşdirilmiş təsadüfi seçmə prinsipi əsasında müsahibə aparılmışdır. 

Sorğu bütün respondentlərin rəyinə əsaslanır. Tədqiqatın səhv marjası + -2.51%, 95% etibarlılıq səviyyəsidir. Tədqiqatda iştirakdan imtina edən, suallara cavab verməyən və ya sorğunu tamamlaya bilməyən respondentlərin sayı 19%, beləliklə, cavab nisbəti 81% (1520 nəfər) təşkil edir.

Sahə işləri 11 oktyabr - 20 oktyabr 2024-cü il tarixləri arasında aparılmışdır.

Tədqiqatın nəticələrinə əhəmiyyətli təsir göstərə biləcək faktorlar müşahidə edilməmişdir.

Bizimlə əlaqə saxlayın