23 
Okt
2024
20:02
358

Zaur Darğallı Marneulidə yüzlərlər vətəndaşın iştirakı ilə görüş keçirib - FOTO

"Gürcü Arzusu" partiyasının seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Marneulidə yerli sakinlərlə görüşlər davam edir.

InterPress.ge xəbər verir ki, partiyanın Marneuli-Qardabani üzrə namizədi Zaur Darğallı partiyanın seçki qərargahının rəhbəri Amiran Qiorqadze, Marneuli meri Kənan Ömərov və partiyanın digər nümayəndələri ilə birlikdə Algeti və Kəpənəkçi ərazi vahidlərinin sakinləri ilə görüş keçirib.

Görüşdə prioritet məsələlər, o cümlədən hakim partiyanın idarəçiliyi dövründə həyata keçirilən və planlaşdırılan layihələr müzakirə olunub. 

"Bu gün Algeti və Kəpənəkçi ərazi vahidlərində əhali ilə çox səmimi görüşümüz oldu. Hər görüşdə əhalinin böyük dəstəyini hiss edirik. Yüzlərlə insan bizi dəstəkləmək üçün görüşlərə gəlir və mən əminəm ki, 26 oktyabrda əhali sülhü seçəcək, inkişafı, ailə dəyərlərini seçəcək və biz birlikdə qalib gələcəyik", - deyə Zaur Darğallı bəyan edib.

Bizimlə əlaqə saxlayın