Sabah parlament seçkiləri keçirilsə, hansı partiyaya səs verərdiniz? - SORĞU
“İmedi” teleşirkətinin sifarişi ilə “Qorbi” Beynəlxalq İctimai Rəyin və Biznes Araşdırmaları Mərkəzinin apardığı araşdırmaya görə, sabah parlament seçkiləri keçirilsəydi, “Gürcü arzusu” 60,2 faiz səs alacaqdı.
InterPress.ge xəbər verir ki, sabah parlament seçkiləri keçirilsə, aşağıdakı partiyalardan hansına səs verərdiniz sualına isə nəticələr belə bölünüb:
“Gürcü arzusu” - 60,2%
“Milli Hərəkat” birləşmiş partiyalarla birlikdə - 15,4%
Qvaramiya, Melia, Xoştariya, Caparidze - 9,0%
Xazaradzenin birliyi - 3,3%
Qiorqi Qaxarianın partiyası - 2,9%
İaqo Xviçianın "Qirçi" - 2,8%
"Leyboristlər Partiyası" - 2,0%
"Vətənpərvərlər Alyansı" "Alt Info" - 1,9%
Digər partiyalar - 2,5%
Bu məlumatlara görə, beş faizlik baryeri cəmi üç partiya aşa bilir.
“İmedi” teleşirkətinin sifarişi ilə “Qorbi” üzbəüz müsahibə üsulu ilə ölkə üzrə ictimai rəy sorğusu keçirib. Sahə işləri oktyabrın 12-dən oktyabrın 21-dək aparılıb. 1704 nəfərlə müsahibə aparılıb. Səhv marjası +/- 3 faizdir.


