"Əgər bu baş versə, impiçment olacaq və yəqin ki, məni həbs edəcəklər"
InterPress.ge xəbər verir ki, Gürcüstan prezidenti Salome Zurabişvili Orbeliani sarayında keçirilən mətbuat konfransında jurnalistin “Gürcü arzusu” seçkilərdə qalib gəlsə nə baş verəcək sualına belə cavab verib.
"Bu baş verərsə, yəqin ki, məni impiçmentə məruz qoyacaqlar və həbs edəcəklər”, - deyə o söyləyib.
