Ədliyyə Nazirliyi vətəndaşlara yeni xidmət təklif edir
Ədliyyə Nazirliyinin Dövlət Reyestrinin Milli Agentliyi innovativ məhsulun - “Smart Contract” sistemindən istifadəyə başlayıb.
InterPress.ge xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, “ağıllı müqavilə” sistemi ənənəvi əməliyyatları yeni üsulla həyata keçirməyə imkan verir.
“Pulun ödənilməsi və əmlakın qeydiyyatı eyni vaxtda həyata keçirilir - tərəflər alqı-satqı müqaviləsini rəqəmsal formatda, məsafədən, internetə qoşulmuş elektron cihaz vasitəsilə imzalayacaqlar; Həmçinin, “ağıllı müqavilə” vasitəsilə eyni üsulla ipotekanı qeydiyyata almaq mümkündür.
Daşınmaz əmlak əməliyyatlarında qeyd olunan sistemin tətbiqi mühacirlər üçün xüsusilə vacibdir. İnnovativ rəqəmsal məhsul vasitəsilə xaricdə yaşayan gürcülər Gürcüstanda vasitəçi və etibarnamə olmadan daşınmaz əmlak ala biləcəklər.
Artıq vətəndaşların Milli Dövlət Reyestri Agentliyinin rəsmi internet saytında - www.napr.gov.ge-də sözügedən xidmətdən istifadə etmək üçün qurumun nümayəndəsi ilə virtual görüş sifariş etmək imkanı var.
Ədliyyə naziri Rati Breqadze icra hakimiyyətinin üzvlərinə, Milli Bankın prezidentinə və maliyyə institutlarının nümayəndələrinə yeni xidmətin konsepsiyasını təqdim edib, Ssstemin təqdimatını isə tədbir iştirakçılarına Milli Dövlət Reyestri Agentliyinin sədri Davit Devidze təqdim edib.
Tədbirdə baş nazirin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri - Levan Davitaşvili, xarici işlər naziri - İlya Darçiaşvili, Milli Bankın prezidenti - Natia Turnava, Gürcüstan parlamentinin deputatları, ictimai müdafiəçi, Biznes Assosiasiyasının prezidenti, Ədliyyə Nazirliyinin və Milli Dövlət Reyestri Agentliyinin nümayəndələri, “Ağıllı Müqavilə”nin icrası layihəsində iştirak edən tərəflər - kommersiya bankları, tərtibatçılar və Dünya Bankının üzvləri dəvət olub”, - məlumatda deyilir.


