25 
Okt
2024
12:55
289

Sabah Gürcüstanda XI çağırış parlament seçiləcək

Oktyabrın 26-da Gürcüstanda XI çağırış parlament seçiləcək. İlk dəfə olaraq parlament seçkiləri tam proporsional sistemlə keçiriləcək.

InterPress.ge xəbər verir ki,  parlamentin bütün 150 mandatı 5 faizlik seçki baryerini keçən seçki subyektləri arasında proporsional şəkildə bölünəcək.

Həmçinin ilk dəfə olaraq oktyabrın 26-da keçiriləcək parlament seçkiləri elektron seçkilər olacaq və burada seçicilərin təxminən 90%-i elektron cihazlar vasitəsilə səs verəcək.

MSK-nın məlumatına görə, seçicilərin ümumi sayı 3 milyon 508 min 294 nəfərdir. Elektron texnologiyalardan istifadə etməklə seçkilərdə 3 milyon 113 min 747 seçici iştirak edəcək.

2024-cü il parlament seçkilərində 18 seçki subyekti iştirak edir. Seçicilər aşağıdakı siyasi birliklər arasında seçim etməli olacaqlar:

(#41) "Gürcü arzusu"
(№5) "Birlik - Milli Hərəkat"
(#4) "Dəyişiklik üçün koalisiya" - Gvaramia, Melia, Girchi, Droa.
(#9) "Güclü Gürcüstan" - Lelo, xalq üçün, azadlıq üçün!"
(#25) "Qaxaria Gürcüstan Naminə "
(#8) "Gürcü Vətənpərvərləri Alyansı"
(#10) "Gürcüstan Əmək Partiyası"
(#36) "Girchi"
(#23) "Çven"
(#6) "Avropa Demokratları"
(#17) "Gürcüstan"
(#12) "Bizim Vahid Gürcüstanımız"
(#26) "Solçular Alyansı"
(#20) "Azad Gürcüstan"
(#21) "Tribuna"
(#16) "Gürcüstanı dəyişdir"
(#27) "Gürcü birliyi"
(№3) "Gürcüstanın Birlik və İnkişaf Partiyası"

MSK-nın məlumatına görə, ümumilikdə 3111 seçki məntəqəsi seçicilərə xidmət göstərəcək. Bunlardan Gürcüstanda 3044 məntəqə, o cümlədən müstəsna hallarda yaradılmış 13 məntəqə açılıb, onlardan 12-si cəzaçəkmə müəssisələrində, biri isə psixi sağlamlıq mərkəzindədir.

Xaricdə yaradılan seçki məntəqələrinə gəlincə - 42 ölkənin 53 şəhərində 67 seçki məntəqəsi yaradılıb. 95 910 seçici xaricdə yaradılmış seçki məntəqələrinin xüsusi siyahılarına daxil edilib.

Bizimlə əlaqə saxlayın