Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Müxalifətdən seçkilərin ləğv olunması ilə bağlı AÇIQLAMA

899
Müxalifətdən seçkilərin ləğv olunması ilə bağlı AÇIQLAMA
Dinləmək üçün basın

"Əgər koronavirusun hal artımı, qapalı yerlərin və məhdudiyyətlərin sayı davam edərsə, seçkiləri təxirə salmağı ciddi şəkildə düşünməliyik"

"Əgər koronavirusun hal artımı, qapalı yerlərin və məhdudiyyətlərin sayı davam edərsə, seçkiləri təxirə salmağı ciddi şəkildə düşünməliyik"

İnterPress.ge xəbər verir ki, bu haqda "Birləşmiş Gürcüstan" lideri Nino Burcanadze bildirib.

Burcanadzenin qeyd etdiyinə görə , seçkilərin bu vəziyyətdə təxirə salınması qanuni tələbdir.

“Düşünürəm ki, müxalifəti toplayıb çox ciddi düşünməliyik. Hökumət seçki təşkil edir, o, seçkiləri müxtəlif mexanizmlərlə təxirə salmamağa çalışır. Biz pandemiyanın yayılmayacağına ümid edirdik. Seçkilərin konstitusiya müddəti çərçivəsində keçirilməsində və ölkənin böhrandan çıxmağa başlamasında maraqlı olsaq da, məsələn, Batumi və Acarıstanın partiyamla mənim çox ciddi tərəfdarlarımızın olduğu ərazilərin qapalı olduğunu görürəm. Kiçik vətənim Leçxumi bağlıdır, 4 kənddə koronavirus testləri aparılır. İndi məlum oldu ki, təəssüf ki, "Pirveli arxi" televiziyasında çalışan həmkarınız da virusa yoluxub.

Virus artımı, qapalı yerlərin sayı və məhdudiyyətlər bu şəkildə davam edərsə, seçkiləri təxirə salmağı ciddi düşünməliyik. Digər müxalifət partiyalarının eyni fikirdə olub-olmadığını hələ sizə deyə bilmərəm. Müxalufətlərdən ibarət bir çatımız var və orada bu mövzunu müzakirə etməyə başlayacağıq. ” dedi Burcanadze.

Seçkilər nə vaxt üçün təxirə salınmalıdır? sualına isə Burcanadze "Bu, koronavirusdan asılıdır" deyə cavab verdi.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiSəma Həsənova

Son xəbərlər

Kobaxidze: Gürcüstanda yarım milyondan çox insan yoxsulluqdan çıxıbAİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirSon xəbərlərə bax →